
Məşhur “Hollivud” ulduzu Niki Katt 54 yaşında dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, aktyorun öldüyünü onun vəkilliyini təmin edən hüquq şirkəti elan edib.
“Dazed and Confused”, “Boston Public”, “Full Frontal” və “Behind the Candelabra” kimi məşhur filmlərdə rol alan Niki Kattın hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb.
Qeyd olunub ki, o, aprelin 8-də vəfat edib.
Qeyd edək ki, uzun müddətdir ictimaiyyət qarşısına çıxmayan Katt sonuncu dəfə 2018-ci ildə “Casual” adlı komediya serialının bir hissəsində çəkilmişdi.