“Qarabağ”dan 1600-cü qol


“Qarabağ” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub.
Yeniavaz.com
klubun rəsmi saytına istinadla xəbər verir ki, yubiley topuna Leandro Andrade imza atıb.
Kabo-verdeli yarımmüdafiəçi Misli Premyer Liqasının XXX turunun “Səbail”lə səfər matçında fərqlənib.
“Qarabağ”ın bu görüşdəki ikinci qolu çempionatlar tarixində 1600-cü olub.
Oyun 4:1 hesabı ilə qonaqların xeytinə başa çatıb.
Ağdam klubu 1600-cü qolunu 955-cü matçında vurub. Ümumilikdə 1602 topdan 913-ü ev, 674-ü səfər, 15-i neytral meydana təsadüf edib.
“Qarabağ” Azərbaycan çempionatlarında 1600 qol vuran ilk komanda olub. Komandanın orta məhsuldarlığı 1,68-ə bərabərdir.
Qeyd edək ki, “Qarabağ”ın çempionatda ilk qoluna 1992-ci il mayın 3-də “İnşaatçı” (Sabirabad) ilə ev oyununda (1:2) Mehman Alışanov imza atıb.

DİGƏR XƏBƏRLƏR

Top