“Mançester Siti”dən Yamal üçün 275 milyonluq təklif


“Barselona”nın vingeri Lamin Yamal karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Barca Universal” İspaniya mətbuatına istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, “Mançester Siti” futbolçunu almaqda maraqlıdır və transfer üçün “Barselona”ya 275 milyon avro təklif edib.
Qeyd edək ki, transfer olacağı təqdirdə Yamalın transferi futbol tarixinin ən bahalı transferi ola bilər.
Xatırladaq ki, bu mövsüm Lamin Yamal bütün turnirlərdə 43 matçda iştirak edib, 14 qol vurub və 21 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top