Azərbaycanda ilk dəfə UFC turniri keçiriləcək – Rəsmi


Azərbaycan ilk dəfə məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu tarixi hadisə iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Döyüş gecəsi Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə həyata keçəcək.
Tədbirin əsas döyüşündə yarım ağır çəkidə keçmiş UFC çempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill 7-ci pillədəki Xəlil Raundtri JR ilə qarşılaşacaq.
Döyüşün biletləri aprelin 25-i saat 10:00-da "iTicket" platforması üzərindən satışa çıxarılacaq. UFC Fight Club üzvləri üçün erkən satış aprelin 23-ü saat 10:00-da, öncədən qeydiyyatdan keçən şəxslər üçün isə bir gün sonra eyni saatda start götürəcək.
Qeyd edək ki, UFC-nin prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıb. İmzalanma mərasimi şənbə günü Mayamidə baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top