
“ABŞ-nin idxal tarifləri və digər ölkələrin cavab tədbirləri 2040-cı ilə qədər qlobal ticarətin 3% azalmasına səbəb ola bilər”.
Yeniavaz.com xəbər verir ki, bu qiymətləndirməni Beynəlxalq Ticarət Mərkəzinin (Ümumdünya Ticarət Təşkilatı və BMT-nin birgə agentliyi) icraçı direktoru Pamela Kouk-Hemilton Cenevrədə keçirdiyi mətbuat brifinqində deyib.
“Qlobal ticarət 2024-cü ilə qədər 3% azala bilər. Eyni zamanda, uzunmüddətli perspektivdə ticarət strukturunda ciddi dəyişikliklər olacaq. Belə ki, tarif tədbirlərinin tətbiqindən böyük zərər çəkən Meksikadan ixrac ABŞ, Çin, Avropa və digər Latın Amerikası ölkələrinin bazarlarından Kanada, Braziliya və digər Latın Amerikası ölkələrinə yönləndiriləcək”, - direktor deyib.
BTM analitikləri həmçinin Vyetnamın ABŞ, Meksika və Çindən ixrac axınının Yaxın Şərq və Şimali Afrika, Aİ və Koreya Respublikası bazarlarına istiqamətləndirəcəyini gözləyirlər.
Qeyd edək ki, BTM kiçik və orta müəssisələri beynəlxalq ticarətə cəlb etməklə inkişaf etməkdə olan ölkələrə davamlı insan inkişafına nail olmaqda kömək edir.