Putinin Uitkoff ilə söhbəti dörd saatdan çox davam etdi – Yenilənib

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Sankt Peterburqda danışıqları başa çatdırıblar.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bütün nümayəndə heyətləri görüşün keçirildiyi Prezident Kitabxanasından ayrılıblar.
Kremlin məlumatına görə, görüşün mövzusu Ukrayna nizamlanmasının aspektləri olub.
Görüşün dörd saat yarım davam etdiyi bildirilir.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putin və Uitkoff arasında görüşün bu gün baş tutacağını açıqlamışdı. O, görüşdə Ukrayna nizamlanmasının müzakirə olunacağını qeyd etmişdi.

***23:29 
Rusiya Prezidenti Vladimir Putinlə Amerika liderinin xüsusi elçisi Stiven Uitkoff arasında görüş dörd saatdan çoxdur ki, davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, görüş Moskva vaxtı ilə təxminən 17:40-da başlayıb (Bakı vaxtı ilə 18:40 - red.). Onun başa çatması hələ açıqlanmayıb.
Görüş bağlı qapılar arxasında keçirilir. Onun əsas mövzusu Ukrayna ətrafındakı vəziyyətdir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirib ki, müddət öncədən müzakirə olunmayıb:
“Söhbət prezident Putinə nə qədər lazımdırsa, o qədər davam edəcək”.
Eyni zamanda, Kreml nümayəndəsi qeyd edib ki, bir çox aspektlər var, mahiyyət çox mürəkkəbdir, ona görə də söhbətlər, bir qayda olaraq, kifayət qədər uzundur”. 

DİGƏR XƏBƏRLƏR

Top