
“Meta” şirkətinin rəhbəri Mark Zukerberq ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında yerləşən 23 milyon dollarlıq mülk satın alıb.
Yeniavaz.com “nypost.com”a istinadən xəbər verir ki, qırmızı kərpicdən tikilən, ümumi sahəsi 1000 kvadratmetr olan bu prestijli iqamətgah “Woodland-Normaston” ərazisində yerləşir.
Zukerberqin yeni evindən Ağ Evə avtomobillə cəmi 15 dəqiqəyə çatmaq mümkündür. Malikanənin yaxınlığında Vaşinqton kafedralı və dəniz rəsədxanası yerləşir.
Yeni mülkdə beş yataq otağı, yeddi vanna otağı, üç kamin, basketbol meydançası və hovuz kompleksi var.
Ekspertlər bu əmlak alışını Donald Trampa daha yaxın olmaq və siyasi fəaliyyətlərə maraq göstərən varlı iş adamlarının, o cümlədən texnologiya maqnatlarının Vaşinqtona köçmək meyli ilə izah edirlər.
Bildirilir ki, bu tendensiya cari ildə daha da güclənib.



Murad Məmmədov