
Ötən gecə Avropa və Konfrans liqalarında 1/4 finalın ilk oyunları keçirilib.
Yeniavaz.com xəbər verir ki, UEFA Avropa Liqasında bu mərhələdə baş tutan dörd oyundan üçü bərabərliklə bitib.
Nəticələr belə olub:
“Budyo Qlimt” (Norveç) - “Latsio” (İtaliya) 2:0;
“Tottenhem” (İngiltərə) - “Ayntraxt” (Almaniya) 1:1;
“Lion” (Fransa) - “Mançester Yunayted” (İngiltərə) 2:2;
“Reyncers” (Şotlandiya) - “Atletik” (İspaniya) 0:0.
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarında isə yalnız İspaniya təmsilçisi “Betis” doğma meydanında qalib gələ bilib. Digər qarşılaşmalarda meydan sahibləri məğlub olub.
Konfrans Liqasında ötən gecə baş tutan görüşlərin nəticələri isə belə olub:
“Legiya” (Polşa) - “Çelsi” (İngiltərə) 0:3;
“Betis” (İspaniya) - “Yagelloniya” (Polşa) 2:0;
“Sele” (Sloveniya) - “Fiorentina” (İtaliya) 1:2;
“Yurqorden” (İsveç) - “Rapid” (Avstriya) 0:1.
Qeyd edək ki, cavab görüşləri aprelin 17-də baş tutacaq.