Qəzzada son 24 saatda 40 fələstinli öldü


İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində Qəzza zolağında azı 40 fələstinli ölüb, 140-dan çox fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 40 fələstinli ölüb, 146 fələstinli yaralanıb. İsrail martın 18-də döyüşləri bərpa etdikdən sonra 1522 nəfər ölüb, daha 3834 nəfər yaralanıb”, - nazirlik qeyd edib.
Qəzza Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabr ayından Qəzza zolağında ölənlərin sayının 50 886. yaralıların sayının isə 115 875 nəfərə çatdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top