Son bir həftə ərzində neftimiz 15 dollara yaxın ucuzlaşıb


Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,54 ABŞ dolları və ya 5,2% azalaraq 64,11 ABŞ dolları olub.
Qeyd edək ki, son bir həftə ərzində Azərbaycan nefti 14 dollardan çox ucuzlaşıb. Belə ki, Aprel ayının 3-də Azərbaycan neftinin 1 barelə olan qiyməti 78,38 ABŞ dolları təşkil edib. Bir gün sonra – aprelin 4-də isə 6,24 % ucuzlaşaraq 73,48 ABŞ dolları olub.
Onu da bildirək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top