ÇL: “Barselona” və PSJ qələbə qazandı – Video


Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “LaLiqa” lideri “Barselona” doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb və rəqibinə 4:0 hesabı ilə qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, polşalı hücumçu Robert Levandovski dubl edib.
Braziliyalı hücumçu Rafinya və İspaniya millisinin 17 yaşlı üzvü Lamin Yamal da fərqlənib.

Günün digər oyununda isə PSJ Parisdə İngiltərə təmsilçisi “Aston Villa” üzərində 3:1 hesablı inamlı qələbə qazanıb.
35-ci dəqiqədə qonaqların ingilis yarımmüdafiəçisi Morqan Rocers hesabı açıb. Dörd dəqiqə sonra fransalı yarımmüdafiəçi Desire Duy bərabərliyi bərpa edib. Luis Enrikenin tələbələri 49-cu dəqiqədə növbəti dəfə topu qapıdan keçirə biliblər. Bu dəfə gürcüstanlı hücumçu Xviça Kvaratsxeliya fərqlənib.
Görüşdə yekun hesabı isə əlavə olunmuş vaxtın ikinci dəqiqəsində portuqaliyalı Nuno Mendeş müəyyən edib.
Qeyd edək ki, cavab görüşləri aprelin 15-də baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top