
Builki Pasxa bayramı üçün “Louis Vuitton” məşhur qənnadçı Maksim Frederik ilə əməkdaşlıqda yaradılmış dekadent şokolad kolleksiyasını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, “Chocolate Egg Bag” (“Şokoladlı Yumurta Çanta”sı), ilk olaraq Nikolas Jeskyer tərəfindən moda evinin 2019-cu ilin Yaz/Yay kolleksiyası üçün dizayn edilmiş çantanın yeməli variantıdır.
Frederik şokolad sənəti vasitəsilə “Egg Bag”in futuristik siluetini canlandırıb. Heykəlləşdirilmiş qabıq 70% tünd şokoladdan, tutacaqlar, kəmər və “zamok” isə çantanın dəri detallarını dəqiq əks etdirmək üçün 40% südlü şokoladdan hazırlanıb. Səth “Louis Vuitton” imza monoqramı ilə naxışlanıb. İçərisində kremli qozlu canduya pastası və 40% südlü şokolad var.
“Çanta”nın çəkisi təxminən bir kiloqramdır və qiyməti 225 avrodur (423 manat - red.).