
Azərbaycan Xarici İşlər Nazirliyi Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda baş vermiş hadisə ilə bağlı ölkə hökumətinə başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Santo-Dominqoda onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən binanın uçması ilə əlaqədar Dominikan Respublikası hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Bu faciəvi hadisədə yaralananların hamısına tezliklə şəfa diləyirik”, - məlumatda deyilib.
Xatırladaq ki, Dominikan Respublikasının paytaxtı Santo Dominqoda “Jet Set” gecə klubunun damı konsert zamanı uçub. Son məlumata görə, 120-dən çox insan hadisə nəticəsində vəfat edib.