
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xeyir-duamı çatdırmaqdan məmnunluğumu ifadə edirəm.
Hər şeyə qadir olan Uca Allahdan Sizə cansağlığı və səadət, müsəlman ümmətinə firavanlıq arzulayıram”.
BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun Prezident İlham Əliyevə məktubunda isə deyilir:
“Hörmətli cənab Prezident.
Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.
Uca Yaradandan Sizə cansağlığı və xoşbəxtlik, müsəlman ümmətinə rifah diləyirəm”.
BƏƏ-nin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevə təbrik məktubunda isə vurğulanıb:
“Zati-aliləri cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.
Arzu edirəm ki, Ulu Tanrı Sizə cansağlığı və səadət, müsəlman ümmətinə xoşbəxtlik nəsib etsin”.