
Avropa İttifaqı (Aİ) artıq 2022-ci ilin əvvəlindən Ukraynaya 144 milyard avro, o cümlədən silah tədarükünə 49,6 milyard avro xərcləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) çərşənbə günü Brüsseldə keçirilən Aİ-Ukrayna Assosiasiya Şurasının iclası ilə bağlı bəyanatında qeyd edilib.
“Aİ-nin Ukrayna və ukraynalılara ümumi yardımı 144 milyard avro təşkil edib. Avropa Sülh Fondu vasitəsilə və birbaşa üzv dövlətlər tərəfindən verilən hərbi yardım da daxil olmaqla, ümumi hərbi yardım 49,6 milyard avro olub. Digər tərəfdən, Aİ ölkələri bu günə qədər 73 min ukraynalı hərbçiyə təlim keçib”, - sənəddə bildirilib.