Tramp ən varlı amerikalılar üçün də vergiləri artıra bilər


ABŞ Prezidenti Donald Tramp ölkənin ən varlı vətəndaşları üçün vergilərin artırılması ideyasını nəzərdən keçirməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ Konqresinin nümayəndələri ilə görüşdə respublikaçı senator Lindsi Qrem Trampdan ən yüksək gəliri olan amerikalılar üçün vergilərin artırılması təklifinə münasibətini soruşub. Amerika lideri isə belə bir fikirə həmişə açıq olduğunu bildirib.
Nəşr yazır ki, bu, həm də respublikaçılara siyasi rəqiblərini Amerika fəhlə sinfinə verilən vədləri yerinə yetirməməkdə ittiham edən demokratların hücumlarına qarşı mübarizə aparmağa kömək edəcək.

DİGƏR XƏBƏRLƏR

Top