Tariflər tətbiq edildikdən sonra Trampın sərvəti 500 milyon dollar azalıb – “Forbes”


ABŞ Prezidenti Donald Trampın sərvəti Amerika liderinin keçən həftə yeni tarifləri elan etməsindən sonra 500 milyon dollar azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Hesablamalara görə, Trampın sərvəti onun şirkətlərindəki səhmlərin dəyərinin azalması səbəbindən 4,7 milyard dollardan 4,2 milyard dollara düşüb.
Qeyd edilir ki, xüsusilə, onun “Trump Media and Technology Group” şirkətinin kotirovkaları 8% azalaraq 170 milyon dollar kapitallaşma itirib. Trampın daşınmaz əmlak və xidmət aktivləri də itkilərə məruz qalıb.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib.
10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək.Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal avtomobillərinə 25%-lik gömrük rüsumları tətbiq edib.Tramp iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət də elan edib.

DİGƏR XƏBƏRLƏR

Top