
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Nəsimi rayonu ərazisində yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, yeni istirahət parkı 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazini əhatə edəcək.
Bakı Şəhər İcra Hakimiyyəti yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması üçün 2 milyon 450 min manat ayıracaq.
Murad Məmmədov