Ötən il dünya üzrə edamların sayı rekord həddə çatıb


2024-cü ildə dünyada 1634 edam həyata keçirilib ki, bu da 2023-cü illə müqayisədə 32% çoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amnesty International təşkilatının illik hesabatında bildirilib.
Təşkilatın məlumatına görə, ötən il dünya üzrə edamların sayı 2015-ci ildən bəri rekord həddə çatıb.
Hesabatda ötən il edamların çoxunun Yaxın Şərq ölkələrində həyata keçirildiyi bildirilib.
İran, İraq və Səudiyyə Ərəbistanı bütün qeydə alınan hadisələrin 91%-ni təşkil edib. Ötən illə müqayisədə İraq bu rəqəmi təxminən 4 dəfə, Səudiyyə Ərəbistanı isə 2 dəfə artırıb.
Edamların artmasına baxmayaraq, edamları həyata keçirən ölkələrin sayı rekord səviyyədə ən aşağı səviyyədə qalır. Belə ki, 2024-cü ildə yalnız 15 ölkə ölüm cəzasından istifadə edib.
Bununla belə, Çin, Şimali Koreya və Vyetnamdan olan məlumatlar hesabata daxil edilməyib. Çünki bu ölkələrdə ölüm hökmünün icrası ilə bağlı məlumatlar məxfiləşdirilib.
Təşkilat Suriya və Fələstindən də dəqiq məlumat ala bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top