
Ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyanın səhhətinin pisləşməsi və xəstəxanaya getməsi ilə bağlı yayılan xəbərlərə cavab olaraq hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan onun vaxtaşırı tibbi müayinədən keçdiyini və ötən həftə növbəti tibbi müayinənin baş tutduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Baş nazirin səhhətinin pisləşməsi ilə bağlı məlumatlar reallığa uyğun deyil. Paşinyan hər il tibbi müayinədən keçir. Keçən həftə o, növbəti tibbi müayinədən keçdi. Baş nazir sağlamdır və tam qrafiki üzrə işləyir”, - Baqdasaryan qeyd edib.
Bununla belə, qəzet “Nairi” Tibb Mərkəzinin əməkdaşlarına istinadla Paşinyanın son aylar ərzində həftədə iki dəfə xəstəxanaya getdiyini və reabilitasiya sistemləri qəbul etdiyini bildirib.
Qəzetin yazdığına görə, həmin günlərdə xəstəxananın işi iflic olur və demək olar ki, dayanır.
“VİP xəstəyə xidmət göstərilməyənə qədər tibb mərkəzinin normal fəaliyyəti bərpa olunmur”, - “Hraparak” qeyd edib.