
“ABŞ İranla şənbə günü nüvə proqramı ilə bağlı yüksək səviyyəyə yaxın təmas baş tutacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu keçirilən görüşdə deyib.
“Biz İranla birbaşa danışıqlar aparırıq, onlar başlayıblar. Şənbə günü yüksək səviyyəyə yaxın təmas baş tutacaq”, - Tramp deyib.
Ölkə başçısı bildirib ki, o, hərbi əməliyyatlarla təhdid etmək əvəzinə diplomatiyaya üstünlük verir:
“Bizim çox böyük görüşümüz olacaq və nə baş verə biləcəyini görəcəyik. Ümid edirəm ki, bu danışıqlar uğurlu olacaq. Düşünürəm ki, onlar uğurlu olarsa, bu, İranın da maraqlarına uyğun olar”.