“Trampın qərarından öncə “Apple” Hindistandan ABŞ-yə beş təyyarə cihaz göndərib” – KİV


“Martın son üç günü ərzində “Apple” Hindistandan ABŞ-yə “iPhone” və digər avadanlıqları daşıyan beş yük təyyarəsi göndərib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of India” yüksək rütbəli Hindistan rəsmisinə istinadən yazıb.
Bildirilib ki, “Apple” bu yolla ABŞ prezidentinin tətbiq etdiyi və aprel ayında qüvvəyə minən yeni tariflərin təsirini azaltmağa çalışıb. Həmçinin, nəşrin məlumatına görə, korporasiya mart ayında Çindəki fabriklərdən məhsulların göndərilməsini sürətləndirib.
Ehtimal olunur ki, başqa ölkələrdən ABŞ-yə daşınan avadanlığın əlavə göndərilməsi “Apple” şirkətinə öz məhsullarının qiymətlərini artırmamağa imkan verəcək. Nəşr yazır ki, “Apple”ın ABŞ anbarlarındakı məhsulları bir neçə aya çatmalıdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin əvvəlində dünyanın demək olar ki, hər bir ölkəsinə yeni tariflər tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top