“Bəzi tumlar və toxumlar qocalmaqdan qoruyur” – Nutrisioloq


“Günəbaxan və balqabaq tumları, həmçinin küncüt və çia toxumlarında hüceyrələri qocalmaqdan qoruyan maddələr var”.
Yeniavaz.com
xəbər verir ki, bunu nutrisioloq Cill Nassinov “HuffPost”a bildirib.
Diyetoloq aydınlaşdırıb ki, onlar təkcə orqanizmin deyil, beynin də gəncliyini uzatmağa kömək edir:
“Toxum və tumlarda olan Omeqa-3 yağ turşuları idrak funksiyasını qorumağa kömək edir”.
Mütəxəssis həmçinin sağlam, lakin kalorisi az olan qəlyanaltı variantları kimi istənilən giləmeyvə və nori dəniz yosununun da adını çəkib:
“Giləmeyvələr güclü antioksidant mənbələri olduğu üçün iltihabla mübarizə aparmağa kömək edir. Nori həm iltihab əleyhinə təsir göstərir, həmçinin çoxlu yod və digər faydalı maddələr ehtiva edir”.
 

DİGƏR XƏBƏRLƏR

Top