“Audi” də ABŞ-yə avtomobil tədarükünü dayandırdı


Almaniyanın avtomobil istehsalçısı “Audi” (“Volkswagen” qrupuna daxildir) ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarına görə ABŞ-yə avtomobil tədarükünü dayandırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Bildirilib ki, şirkət nümayəndəsi dilerlərə müvafiq məktubun göndərildiyini təsdiqləyib. Beləliklə, aprelin 2-dən sonra ABŞ-yə gətirilən bütün avtomobillər müvəqqəti olaraq saxlanılacaq və dilerlərə verilməyəcək. Nəşr qeyd edib ki, indi dilerlər inventar səviyyələrini azaltmağa diqqət etməlidirlər.
Eyni zamanda şirkət nümayəndəsi əlavə edib ki, hazırda “Audi”nin ABŞ-dəkı anbarlarında yeni rüsumlara tabe olmayan və buna görə də satıla bilən 37 mindən çox avtomobil var. Bu, təxminən iki aya kifayət edəcək.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Bundan sonra Almaniyanın “Volkswagen” və Böyük Britaniyanın “Jaguar Land Rover” şirkəti avtomobillərinin ABŞ-yə ixracını dayandıracağını açıqlayıb. 

DİGƏR XƏBƏRLƏR

Top