Rusiyada “Facebook” və “Instagram”da reklam qadağan olunacaq


Rusiya Prezidenti Vladimir Putin Rusiyada fəaliyyəti arzuolunmaz və ya ekstremist hesab edilən xarici təşkilatların informasiya resurslarında reklamın qadağan edilməsi haqqında qanun imzalayıb.  
Yeniavaz.com
RBK-ya istinadla xəbır verir ki, qadağa xüsusilə “Instagram” və “Facebook”a aid olacaq.
Qanun 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.
Qanunun şərhində qeyd edilir ki, bəzi rusiyalılar qadağadan asılı olmayaraq, “Instagram” və “Facebook”dan istifadəni davam etdirirlər ki, bu da Rusiyada qadağan olunmuş məlumatları ehtiva edən yeni məzmun yaratmaqla bu resurslara reklam gəliri əldə etmək imkanı yaradır.

DİGƏR XƏBƏRLƏR

Top