Myanmada ölənlərin sayı 3,5 mini keçdi


Myanmada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3564 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Son statistik məlumatlara görə, martın 28-də Myanmada baş vermiş güclü zəlzələ nəticəsində ölkədə 3564 nəfər ölüb, 5012 nəfər yaralanıb, daha 210 nəfər itkin düşüb”, - agentlikdən bildirilib.
Qeyd edək ki, martın 28-də Myanmanın mərkəzində 7,7 və 6,4 bal gücündə iki güclü zəlzələ baş verib. Güclü yeraltı təkanlar Tailand, Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.
Zəlzələlər ölkədə geniş dağıntılara səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top