Cem Yımaz 16,3 milyon izləyicisi olan “X” hesabını bağladı


Məşhur türkiyəli komediya ustası Cem Yımaz 16,3 milyon istifadəçinin izlədiyi “X” hesabını bağlayıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna istifadəçilərin son vaxtlar ölkədə gedən proseslərə reaksiya verməyən Yılmazla bağlı tənqidləri səbəb olub.
Cem Yılmaz sonuncu dəfə “X” hesabında boykot çağırışı etdikdən sonra TRT-də yayımlanan “Təşkilat” serialının heyətindən çıxarılan həmkarı Aybüke Pusata dəstək mesajı dərc etmişdi.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması və barəsində həbs qətimkan tədbiri seçilməsindən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb. Bundan sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel hökumətə yaxın şirkətlərin məhsullarının boykot edilməsi ilə bağlı çağırış edib. Bir çox tanınmış sima, idmançılar və o cümlədən, incəsənət xadimi həmin boykota qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top