“ABŞ ən çox böhtan atan və yalan danışan tərəf olub” – Məhəmməd Baqiri


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bəyan edib ki, ölkə istənilən təhlükəyə bütün gücü ilə cavab verməyə tam hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Bütün səylərimiz çəkindirmə, effektiv müdafiə, dayanıqlı təhlükəsizlik, sabitlik və sülhün təmin olunmasına yönəlməlidir”, – deyə Baqiri vurğulayıb.
O qeyd edib ki, İran regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün səylərini davam etdirir.
İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, ölkənin nüvə silahı əldə etmək niyyəti yoxdur.
İranın nüvə proqramı ilə bağlı ABŞ-la aparılan danışıqlara toxunan general bildirib ki, İran birbaşa danışıqlarda iştirak etməyəcək, lakin dolayı yollarla nüvə müzakirələrini bərpa etməyə hazırdır.
“ABŞ əvvəlki danışıqlar zamanı İranla nüvə müzakirələrində ən çox böhtan atan və yalan danışan tərəf olub”, – deyə general qeyd edib və əlavə edib ki, Vaşinqton JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) çərçivəsində verdiyi bütün öhdəlikləri pozub.

DİGƏR XƏBƏRLƏR

Top