İsrail Livan ərazisinə aviazərbələr endirdi


İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hədəf “Hizbullah” təşkilatının silahlı birləşmələrinin üzvləri olub. Ordunun məlumatında qeyd olunur ki, zərbə Livanın cənubundakı Zıbkin sərhəd qəsəbəsi yaxınlığında həyata keçirilib.
“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Livanın cənubundakı Zıbkin bölgəsində mühəndis maşınını idarə edən iki “Hizbullah” terrorçusuna hücum edib. Terrorçular “Hizbullah” terror təşkilatının infrastruktur obyektlərini bərpa etməyə cəhd edərkən hücuma məruz qalıblar”, - deyə məlumatda bildirilir.
Bu açıqlamadan bir qədər əvvəl İsrail-Livan sərhədində hava hücumu həyəcanı və sirenlər səslənib.

DİGƏR XƏBƏRLƏR

Top