Rəsmi Bakıdan beynəlxalq ictimaiyyətə Ermənistanla bağlı çağırış


“Bu gün növbəti mina partlayışları nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən azyaşlı uşaqlar ağır xəsarət alıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “X” hesabında qeyd olunub.
“2020-ci il müharibəsindən indiyədək Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 392 nəfər ölüb və ya yaralanıb.
Biz beynəlxalq ictimaiyyəti minatəmizləmə tədbirlərinin aktuallığını qəbul etməyə, davam edən minatəmizləmə səylərində Azərbaycanın yanında olmağa, habelə Ermənistanı günahsız insanların həyatını təhlükə altına salmaqda davam edən və münaqişədən sonrakı bərpaya mane olan qəsdən və genişmiqyaslı mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq”, - məlumatda deyilir.
Qeyd edək ki, bu gün Cəbrayıl və Ağdam rayonları ərazisində baş verən mina hadisələri nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan ikisi azyaşlıdır.

DİGƏR XƏBƏRLƏR

Top