Gürcüstan millisinin qapıçısı 7 seyv etdi, “Real” məğlub oldu – Video


İspaniya çempionatının 30-cu turunda çempion “Real Madrid” doğma meydanında “Valensiya” ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Yeniavaz.com
xəbər verir ki, 13-cü dəqiqədə “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior penalti zərbəsini qola çevirə bilməyib.
Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili topu uzaqlaşdırmağı bacarıb.
İki dəqiqə sonra qonaqların qvineyalı müdafiəçi Muxtar Diakabi hesabı açıb. 50-ci dəqiqədə Vinisius Junior bərabərlik qolunu vurub. Əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində isə ispaniyalı hücumçu Uqo Duro “Valensiya”nın qələbə qolunu vurub.
Mamardaşvili bu oyunda 7 seyv edib və komandasının qələbəsində əhəmiyyəli rola malik olub.
Qeyd edək ki, “Real Madrid” 63 xalla ikinci, “Valensiya” 34 xalla 15-ci yerdədir.

Bu turda lider “Barselona” isə “Betis”i qəbul edib və 1:1 hesablı heç-heçə ilə kifayətlənib.
7-ci dəqiqədə Kataloniya yığmasının heyətində ispaniyalı yarımmüdafiəçi Qavi fərqlənib. 17-ci dəqiqədə braziliyalı müdafiəçi Natan “Betis”in heyətində bərabərliyi bərpa edib.
Hazırda turnir cədvəlinə 67 xalla “Barselona” başçılıq edir və ikinci yerdəki “Real Madrid”i 4 xal qabaqlayır. “Betis” isə 48 xalla 5-ci yerdədir.

DİGƏR XƏBƏRLƏR

Top