İlon Mask Avropada terror dalğasını proqnozlaşdırdı


ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask Avropada terror dalğası təhlükəsi barədə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, İtaliyanın hakim koalisiyasına daxil olan Liqa partiyasının Florensiyada keçirilən qurultayında videobağlantı vasitəsilə danışıb.
“Terrorizm Avropada kütləvi qətllərə səbəb olacaq, dostlarınız, yaxınlarınız, hər kəs təhlükə altındadır. Çünki biz İtaliyada və ümumilikdə Avropada hücumların əhəmiyyətli dərəcədə artacağını görəcəyik və media belə hücumların təhlükəsini boğmağa çalışır. Biz Avropada kütləvi qətllərin şahidi olacağıq. Bu tendensiyadır”, - Mask deyib.

DİGƏR XƏBƏRLƏR

Top