
ABŞ Ordu Komandanlığı şəxsi heyətin sayını 90 min nəfər azaltmağı düşünür.
Yeniavaz.com xəbər verir ki, bu barədə Military.com portalı yüksək rütbəli mənbələrə istinadən məlumat yayıb.
“Ordu rəhbərliyi gizli şəkildə şəxsi heyətin, 90 min nizami qüvvənin ixtisarının mümkünlüyünü nəzərdən keçirir”, - nəşr yazır.
Mənbələr bu planların Pentaqonun artan büdcə kəsiri ilə əlaqəli olduğunu bildirib.