
Böyük Britaniyanın “Jaguar Land Rover” şirkəti bazar ertəsi, aprelin 7-dən etibarən öz avtomobillərinin ABŞ-yə ixracını dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunur ki, bu qərar ABŞ Prezidenti Donald Trampın xaricdən idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq etmək qərarına gəlməsi ilə əlaqədar verilib.
Son məlumatlara görə, satılan “Jaguar Land Rover” avtomobillərinin demək olar ki, dörddə biri Şimali Amerika bazarında olub.
Agentlik aydınlaşdırır ki, digər iri avtomobil istehsalçıları da ABŞ-yə avtomobil tədarükü strategiyalarını nəzərdən keçirirlər.