“ABŞ atəşkəslə bağlı qərarlara yaxındır” – Zelenski


“ABŞ Ukrayna və Rusiya arasında atəşkəslə bağlı qərarlara yaxındır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.
Siyasətçi həmçinin əlavə edib ki, o, yaxın vaxtlarda Vaşinqtonun atəşkəs razılaşmasını yaxınlaşdırmaq üçün Moskvaya sanksiya təzyiqlərini gücləndirəcəyi barədə məlumatlara malikdir.
Zelenski Kiyevdə hərbi kontingentin yerləşdirilməsi ilə bağlı Fransa və Böyük Britaniya nümayəndələri ilə görüşlərin keçirildiyini də xatırladıb.
Dövlət başçısı bildirib ki, onlar quruda, havada və dənizdə mövcudluq, o cümlədən hava hücumundan müdafiə məsələlərini müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top