Tramp “TikTok”a daha 75 gün verdi


ABŞ Prezidenti Donald Tramp “TikTok” sosial şəbəkəsinin ABŞ-də fəaliyyətinin daha 75 gün uzadılmasına dair sərəncam imzaladığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında məlumat yayıb.
ABŞ prezidenti bildirib ki, onun administrasiyası “TikTok”u xilas etmək üçün sövdələşmə üzərində çox işləyir, lakin bunun hələ də bir az işə ehtiyacı var, buna görə də sosial şəbəkənin fəaliyyətinin vaxtını uzadmaq üçün sərəncam imzalayır:
“Biz Çinlə yaxşı niyyətli əməkdaşlığı davam etdirməyə ümid edirik. Mənim anladığım kimi, onlar bizim qarşılıqlı tariflərimizdən çox da məmnun deyil. Bu sübut edir ki, tariflər ən güclü iqtisadi alətdir və milli təhlükəsizliyimiz üçün son dərəcə vacibdir! Biz “TikTok”un kölgəyə girməsini istəmirik. Müqaviləni bağlamaq üçün “TikTok” və Çin ilə işləməyi səbirsizliklə gözləyirik”.
Xatırladaq ki, 2024-cü ilin yazında ABŞ Konqresinin Nümayəndələr Palatası “TikTok” sosial şəbəkəsinin çinli sahibi “ByteDance”dən ayrılmadığı təqdirdə ölkədə istifadəsini qadağan edən qanunu təsdiqlədi. Konqresmenlər hesab edirdilər ki, sosial şəbəkə milli təhlükəsizliyə təhlükə yaradır, çünki Çin hökuməti “ByteDance”i tətbiqin amerikalı istifadəçilərinin məlumatlarını təhvil verməyə məcbur edə bilər.
Sosial şəbəkənin Amerika bölməsinin satışı üçün son tarix Trampın andiçmə mərasimindən bir gün əvvəl, yanvarın 19-na təyin edilib. Lakin sonradan aprelin 5-dək uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top