“Qohumlarınıza, dostlarınıza öz pulunuzla dəstək olun” – Lukaşenko məmurlara səsləndi


Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, respublikanın hakimiyyət orqanları idmanı dəstəkləyəcək, lakin yatırılan hər rubl nəticə verməlidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə başçısı bədən tərbiyəsi və idman təşkilatlarına dəstəyin göstərilməsi məsələsinə həsr olunmuş iclasda deyib.
“Bu pulların hara getdiyini görmək bu gün problem deyil. Xahiş edirəm, qohumlarınıza, dostlarınıza, məşuqələrinizə öz pulunuzla dəstək olun. Klublar öz vəsaitlərini nə dərəcədə ədalətli və qənaətlə idarə edirlər, yoxsa sadəcə, axmaqcasına xərcləyirlər? Vəsaitləri hansı məqsədlər üçün istifadə edirlər? Milyarlarla rubla başa gələn idman obyektləri ilə bağlı İdman Nazirliyindən məlumat alacağıq”, - Lukaşenko deyib.
Prezident vurğulayıb ki, Belarusda idman lazımi dəstəyi alıb və almağa davam edəcək, lakin o, öz bəhrəsini verməlidir:
“İrəliləyiş olmasa, pul da olmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top