
Bu ilin ilk 2 ayında turizm məqsədilə Azərbaycana 222 min 391 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər burada 989 min 523 gecə keçiriblər.
Qeyd edək ki, turistlər 347 min 364 gecəni otellərdə, 123 min 859 gecəni kirayə götürülən evlərdə, 174 min 608 gecəni qohumların və ya dostların evlərində, 343 min 692 gecəni isə özlərinə və ya ailə üzvlərinə məxsus evlərdə keçiriblər.
Onu da bildirək ki, bu ilin ilk 2 ayı ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxslər işğaldan azad olunan rayonlara da səfər ediblər. Əcnəbi turistlər Şuşada 56 gecə, Füzulidə 1376 gecə, Ağdamda isə 5585 gecə keçiriblər. Şuşaya gedən tiristlər otellərdə, Füzuli və Ağdama gedən əcnəbi turistlərin bir hissəsi qohumlara (dostlara), bir hissəsi isə özlərinə (ailə üzvlərinə) məxsus evlərdə qalıblar.
Elnur Əli