
“Microsoft”un keçmiş baş direktoru, Milli Basketbol Assosiasiyasının (NBA) “Los Anceles Klippers” klubunun sahibi, amerikalı Stiv Balmer ən varlı idman klubu sahibləri reytinqində birinci yeri tutub.
Yeniavaz.com “Forbes” jurnalına istinadla xəbər verir ki, reytinq cədvəli nəşrin rəsmi saytında dərc olunub.
Jurnalın yazdığına görə, Balmerin sərvəti 118 milyard dollar təşkil edıb.
İkinci yeri Milli Futbol Liqasının “Denver Bronkos” klubunun sahibi Rob Uolton (110 milyard dollar), üçüncü yeri isə Milli Basketbol Assosiasiyasının (NBA) “Dallas” klubunun sahibi Miriam Adelson (32,1 milyard dollar) tutub.
Sərvəti 178 milyard dollar qiymətləndirilən LVMH holdinqinin sahibi Bernar Arno siyahıya daxil olmayıb. Belə ki, o, Fransanın “Paris” futbol klubunun səhmlərinə nəzarət etsə də, jurnal ikinci divizion klublarının sahiblərini reytinqə daxil etmir.