
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı 66 gün sonra ictimaiyyət qarşısına çıxıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyə KİV onun partiyanın qərargahından tərəfdarlarını salamlamasının kadrlarını yayıb.
O, əvvəlcə MHP-nin qurucusu Alparslan Türkeşin məzarını ziyarət edib, daha sonra isə partiyanın qərargahına yollanıb.
MHP sədri Dövlət Baxçalı fevralın əvvəlində cərrahi əməliyyat keçirib. O ictimaiyyət qarşısına sonuncu dəfə yanvarın 28-də – partiyanın iclası zamanı çıxıb.