
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları qanunsuz ovla məşğul olan 1965-ci il təvəllüdlü Məmmədov Qasım Müslüm oğlunu saxlayıblar.
Yeniavaz.com xəbər verir ki, onun fermasında dağ keçiləri aşkarlanıb.
Q. Məmmədova məxsus fermadan nadir heyvan növlərindən sayılan 3 ədəd dağ keçisi aşkarlanaraq təbiətə geri qaytarılması təmin olunub.
Araşdırmaların davam etdirildiyi bildirilir.