
Belçikalı yarımmüdafiəçi Kevin De Bruyne cari mövsümün sonunda İngiltərənin “Mançester Siti” futbol klubunu tərk edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə idmançı özünün “İnstaqram” səhifəsində məlumat verib.
“Birbaşa mətləbə keçirəm və hamınıza bildirirəm ki, bu, “Mançester Siti”nin oyunçusu kimi mənim son aylarımdır”, - De Bruyne bildirib.
O, 10 il ərzində çıxış etdiyi “şəhərlilər”in heyətində gözəl günlər keçirdiyini və kollektivi heç vaxt unutmayacağını bildirib.
Qeyd edək ki, Kevin De Bruynenin 33 yaşı var. O, 2015-ci ildə “Mançester Siti”yə keçib. Belçikalı yarımmüdafiəçi burada müxtəlif turnirlərdə 413 oyun keçirib, 106 qol vurub və 174 məhsuldar ötürmə verib. “Mançester Siti” ilə birlikdə o, altı dəfə İngiltərə çempionu olub, beş dəfə İngiltərə Liqa Kubokunu, iki dəfə İngiltərə Liqa Kubokunu və İngiltərə Superkubokunu qazanıb, bir dəfə Çempionlar Liqasının qalibi olub.