SAB-ın kolbasasından metal parçası çıxıb? – Fotolar


“Zahmat-Ruzi” MMC-yə məxsus kolbasa məhsulundan metal parçası çıxdığı iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və fotolar yayılıb.
“Bu gün səhər yemək üçün kolbasa kəsirdim, gördüm, dəmirə dirənir. Kolbasanı kəsdim, içindən dəmir parçası çıxdı”, - məlumatı yayan şəxs bildirib.
Onun yaydığı fotolarda SAB brendi adı altından istehsal olunan “Səyyah” kolbasanın içində metal parçası müşahidə olunur.
Məsələ ilə bağlı “SAB Azərbaycan”la əlaqə saxlamağa çalışdıq, lakin şirkətin rəsmi saytında qeyd olunan əlaqə nömrəsinə hazırda xidmət göstərilmədiyi bildirilir.
Həmin fotoları təqdim edirik:



Qeyd edək ki, 2018-ci ildə “Zahmat-Ruzi” MMC-nin sahibi Sabir Babayev mətbuata verdiyi açıqlaqmasında “Paşa Holdinq” Şirkətlər Qrupunun şirkətin inkişafına dəstək olmaq üçün 7 illiyə 10 milyon manat sərmayə yatırdığını açıqlayıb.
2023-cü ildə isə “PAŞA Investments” MMC-də çalışan Elnur Bədəlov “Zəhmət Ruzi” MMC-nin baş icraçı direktoru təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top