Sülh danışıqlarında Ukraynanın qırmızı xətləri hansılardır?


“Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması sülh nizamlanması üzrə danışıqlarda qırmızı xətdir”.
Yeniavaz.com
“Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bizim prioritetimiz güclü ordumuzdur. Ona görə də, ordumuzda hər hansı kiçilmədən söhbət gedə bilməz. Bunlar bizim üçün qırmızı xətlərdir”, - Zelenski qeyd edib.
Zelenski həmçinin qeyd edib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra Kiyev Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətini artırmağı və ordunu modernləşdirməyi planlaşdırır.
Onun sözlərinə görə, Ukrayna üçün digər bir “qırmızı xətt” isə müvəqqəti Rusiyanın nəzarətində olan ərazilərin Rusiya əraziləri kimi tanınmamasıdır.
Qeyd edək ki, bir gün əvvəl ABŞ liderinin xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynadakı döyüşlərin atəşkəsə yaxınlaşdığına əminliyini ifadə edib. Amma onun fikrincə, ilk növbədə Moskva və Kiyev qarşılıqlı razılığa gəlməlidir.

DİGƏR XƏBƏRLƏR

Top