
Almaniyanın “Porsche” şirkəti itkilərə görə yenidən tank istehsalına başlamaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Europäische Sicherheit & Technik” məlumat yayıb.
Bildirilib ki, qərar şirkət üçün 20 milyard avro itki ilə başa çatan pis bir ildən sonra verilib. Şirkətin menecerləri bildiriblər ki, onlara sərt qənaət və biznes üçün yeni istiqamət lazımdır.
Qeyd olunur ki, “Porsche” müdafiə layihələrinə 2 milyard avroya qədər sərmayə qoya bilər. Xüsusilə, şirkət dron istehsalçısı “Quantum Systems”ə artıq vəsait göndərib.
Xatırladaq ki, ikinci Dünya Müharibəsi illərində “Porsche” şirkəti “Tiger” tankının, “Ferdinand” (Elefant) tank məhvedicisinin, super ağır “Maus” tankının və s. istehsalı ilə məşğul olub. Sonradan istehsalçı “Leopard 1” tankının yaradılmasında iştirak edib.