
Rusiyanın “Utair” aviaşirkəti aprelin 5-dən Azərbaycanın kurort şəhəri - Lənkərana Moskvadan (Vnukovo hava limanı) uçuş proqramına başlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.
Bildirilib ki, uçuşlar həftədə bir dəfə - şənbə günləri planlaşdırılır. Moskvadan uçuş saat 15:45-də, Lənkərandan saat 21:25-də baş tutacaq və səyahət müddəti 3 saat 40 dəqiqə olacaq.
Qeyd edək ki, saytda uçuşun minimal qiyməti 230 manat olaraq göstərilib.