Kadırov oğluna daha bir vəzifə verdi


Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu və onun təhlükəsizlik idarəsinin rəisi Adam Kadırov regional Daxili İşlər Nazirliyinin kuratoru təyin edilib.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə nazirliyin “Telegram” kanalında məlumat verilib.
“Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırovun tapşırığına əsasən, Adam Ramzanoviç Kadırov Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası üzrə kuratoru təyin edilib”, - deyə nazirlikdə bildirilib.
Qeyd edək ki, bundan əvvəl 17 yaşlı Adam Kadırov Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin və Şeyx Mənsur batalyonunun kuratoru təyin edilib.
Digər tərəfdən, martın 11-də Kadırov OMON-un “Axmat-Qroznı” döş nişanını alıb. Mükafat Kadırova bölmənin xidməti və döyüş fəaliyyətində göstərdiyi dəstəyə və yardıma görə təqdim edilib.
Martın 27-də isə Adam Kadırov Rusiya Milli Qvardiyasının “Hərbi fərqlənməyə görə” medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top