İlham Əliyev Mehdi Sənayini qəbul etdi – Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Mehdi Sənayi İran Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
Ölkəmizə daha əvvəllər də səfər etdiyini xatırlayan qonaq Azərbaycanın davamlı inkişafının şahidi olduğunu deyib.
Mehdi Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluğunu bildirib.
Dövlət başçısı da öz növbəsində Azərbaycanın və İranın ortaq dəyərləri bölüşdüyünü qeyd edərək, son dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin dinamikasını müsbət qiymətləndirib.
Prezident İlham Əliyev Mehdi Sənayinin Azərbaycana səfərinin ikitərəfli gündəliklə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlığını ifadə edib.
Görüşdə ölkələrimiz arasında nəqliyyat, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparıldı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub.
Söhbət zamanı Ağbənd istiqamətində Araz çayı üzərində körpünün tikintisi prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

***11:43 
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top