“Baltikyanı ölkələr Ukraynanda mümkün atəşkəsdən qorxurlar” – “Financial Times”


“Baltikyanı ölkələr narahatdırlar ki, Ukraynada mümkün atəşkəs onlar üçün təhlükəsizlik təhdidini kəskin şəkildə artıracaq, çünki bu, Moskvaya qoşunları yenidən silahlandırmaq və yenidən yerləşdirmək üçün vaxt verəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, Estoniya, Latviya və Litvanın müdafiə nazirləri Moskvanın Ukraynada dayanmayacağına inanırlar.
“Biz hamımız başa düşürük ki, Ukraynada müharibə dayandırıldıqda Rusiya öz qüvvələrini çox sürətlə yenidən bölüşdürəcək”, - Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.
Onun litvalı həmkarı Dovile Şakaliene onunla razılaşıb:
“Heç bir illüziyaya qapılmayaq. Özümüzə yalan danışmayaq ki, Rusiya Ukraynadan sonra işini bitirəcək. Rusiya atəşkəsdən sonrakı vaxtdan hərbi potensialını artırmaq üçün istifadə edəcək. Onların artıq nəhəng, döyüş meydanında təlim keçmiş, daha da böyüyəcək ordusu var”.
Pevkur hesab edir ki, hazırda Ukraynada olan 600 000 rus əsgərindən 300 000-i çox güman ki, yenidən yerləşdiriləcək:
“Bu insanlar qarğıdalı yığmaq və ya başqa bir şey etmək üçün Rusiyanın bölgələrinə qayıtmayacaqlar, çünki orduda aldıqları əmək haqqı doğma şəhərlərində ala biləcəklərindən təxminən 5-10 dəfə yüksəkdir”.
FT qeyd edir ki, Baltikyanı ölkələr dörd ildən bir keçirilən və bu ilin payızında Rusiya və Belarus sərhədləri yaxınlığında keçiriləcək genişmiqyaslı “Zapad” hərbi təlimlərindən xüsusilə narahatdırlar.

DİGƏR XƏBƏRLƏR

Top