İmamoğlunun atası oğlundan danışarkən göz yaşlarını saxlaya bilmədi – Video


Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun atası Həsən İmamoğlu bayram namazından sonra jurnalistlərə açıqlama verib.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, CHP sədri Özgür Özəl Ramazan bayramının ilk günü İmamoğlunun məmləkəti Trabzonda İmamoğlu ailəsi ilə görüşüb.
İmamoğlunun atası Həsən İmamoğlu, oğulları Mehmet Səlim və Semih ilə İmamoğlunun kəndi Cevizli kəndində bayram namazı qılan Özəl İmamoğlu üçün “Azadlıq və erkən seçki” tələbi ilə imza kampaniyasına başlayıb.
Həsən İmamoğlu oğlundan ayrı ilk dəfə bayram keçirdiyini bildirib:
“Heyif, ittihamlara görə heyif, buna layiq deyildik”.
Göz yaşlarını saxlaya bilməyən ata, bayramlarını acı-şirin keçirdiklərini söyləyib.
Həsən İmamoğlu, Silivridə oğlu ilə görüşü barədə də danışıb:
“Çox qətiyyətli, çox yaxşı, yüksək əhval-ruhiyyədə idi. Haqsız bir cəza, qəsb, qisas hissi...”
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top